Gürcüstanda ötən sutka ərzində koronavirusa 4 835 yoluxma halı
qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi
sayı 1 603 007 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 41 nəfər ölüb, 13 840
nəfər isə sağalıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 16
138 nəfər, sağalanların sayı isə 1 491 321 nəfər təşkil edir.