Gürcüstanda koronavirusa daha 360 nəfər yoluxub, 16 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirusa 360 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 343 963 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 16 nəfər ölüb, 1 195 nəfər isə sağalıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 4 773 nəfər, sağalanların sayı isə 327 618 nəfər təşkil edir.