Gürcüstanda koronavirusa daha 3 357 nəfər yoluxub, 76 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirusa 3 357 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 812 246 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 76 nəfər ölüb, 5 772 nəfər isə sağalıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 11 498 nəfər, sağalanların sayı isə 749 699 nəfər təşkil edir.