Gürcüstanda koronavirusa daha 1700 nəfər yoluxub, 28 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 700 yoluxma halı
qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi
sayı 1 625 732 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 28 nəfər ölüb, 7 002
nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 16
366 nəfər, sağalanların sayı isə 1 554 533 nəfər təşkil edir.