Gürcüstanda koronavirusa daha 15 712 nəfər yoluxub, 40 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirusa 15 712 yoluxma halı
qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi
sayı 1 454 065 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 40 nəfər ölüb, 21 623
nəfər isə sağalıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 15
556 nəfər, sağalanların sayı isə 1 248 242 nəfər təşkil edir.