Gürcüstanda ötən sutka ərzində koronavirusa 1077 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 293 321 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 8 nəfər ölüb, 442 nəfər isə sağalıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 916 nəfər, sağalanların sayı isə 279 831 nəfər təşkil edir.