Gürcüstanda koronavirusa daha 1 576 nəfər yoluxub

Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 576 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 329 407 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 29 nəfər ölüb, 584 nəfər isə sağalıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 4 426 nəfər, sağalanların sayı isə 307 918 nəfər təşkil edir.