Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 562 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 332 441 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 30 nəfər ölüb, 1 490 nəfər isə sağalıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 4 499 nəfər, sağalanların sayı isə 312 349 nəfər təşkil edir.