Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 501 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 595 264 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 43 nəfər ölüb, 1 954 nəfər isə sağalıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 8 541 nəfər, sağalanların sayı isə 559 996 nəfər təşkil edir.