Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 433 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 308 834 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 18 nəfər ölüb, 1 160 nəfər isə sağalıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 4 095 nəfər, sağalanların sayı isə 289 976 nəfər təşkil edir.