Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 409 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 325 665 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 27 nəfər ölüb, 1 256 nəfər isə sağalıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 4 363 nəfər, sağalanların sayı isə 304 935 nəfər təşkil edir.