Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 250 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 299 038 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 15 nəfər ölüb, 463 nəfər isə sağalıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 4 007 nəfər, sağalanların sayı isə 302 785 nəfər təşkil edir.