Gürcüstanda Polşa ilə birgə kamikadze və kəşfiyyat dronları istehsal edən müəssisə açılacaq.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan müdafiə naziri Cuanşer Burçuladze deyib.
O bildirib ki, birgə müəssisə “Delta” elmi-texniki mərkəzinin bazasında yaradılacaq.
Bundan əlavə, nazirin sözlərinə görə, “Tbilaviamşeni” bazasında uçan aparatların təmiri və modernləşdirilməsi fəal şəkildə aparılır.