Gürcüstanda iki ardıcıl zəlzələ baş verdi

Gürcüstanda iki ardıcıl zəlzələ baş verdi

Gürcüstanın qərbində 14 dəqiqə fərqlə iki ardıcıl zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Bildirilib ki, birinci zəlzələ saat 12:07-də Baxmaro kurortunda 4,4 bal (dərinlik 6 km), ikinci zəlzələ isə Qomi kəndində, Ozerqeti şəhərindən 5 km məsafədə saat 21:21-də 3,3 bal (dərinlik 5 km) qeydə alınıb.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.

Teqlər: