Gürcüstanda ictimai nəqliyyatın hərəkəti dayandırılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Gürcüstanda koronavirus yoluxma hallarının kəskin artımı ilə əlaqədar ölkə ərazisində yeni məhdudiyyətlər tətbiq olunub.

Trend-in məlumatına görə, bu gündən başlayaraq üç həftə müddətində btün ölkə ərazisində şəhərdaxili ictimai nəqliyyatın hərəkəti dayandırılır. Bu məhdudiyyət şəhərlərarası nəqliyyat şamil olunmur.

Bundan başqa, sentyabrın 4-dək kütləvi tədbirlərin, festival, konsert və idman tədbirləri qadağan edilib.

Uşaq əyləncə mərkəzlərini fəaliyyəti məhdudlaşdırılır, ictimai iaşə obyektləri isə saat 23:00-dək işləyir.

Qeyd edək ki, son günlərdə Gürcüstanda koronavirusa gündəlik yoluxma sayı 5 mini ötüb. Bu günədək ölkədə 470 mindən çox şəxs koronavirusa yoluxub, 6 321 nəfər vəfat edib.