Gürcüstanın Ninotsminda şəhərində 4,5 bal gücündə zəlzələ olub.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerin 11,95 km dərinliyində meydana gələn zəlzələ Türkiyənin Ardahan vilayətində də hiss edilib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Qeyd edək ki, etnik ermənilərin kompakt yaşadığı Ninotsiminda şəhəri ölkənin Türkiyə və Ermənistanla sərhədlərinin yaxınlığında yerləşir.