Gürcüstanda ən çox hansı ölkənin vətəndaşları pul xərcləyib?

Gürcüstanda ən çox hansı ölkənin vətəndaşları pul xərcləyib?

2022-ci ilin sentyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə Gürcüstanın beynəlxalq səyahətlərdən əldə etdiyi gəlir 132,1% artıb.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

Məlumata əsasən, bu ilin sentyabr ayında xarici səyahətçilərdən əldə olunan gəlir 375,6 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə isə bu rəqəm 161,9 milyon dollar təşkil edib.

Ölkələr üzrə xərclərə gəlincə, Gürcüstan ən çox gəliri Rusiya vətəndaşlarından əldə edib:

– Rusiya 95,5 milyon dollar;

– Türkiyə 35,8 milyon dollar;

– Ukrayna 31,5 milyon dollar;

– AB-yə üzv ölkələr – 44,7 milyon dollar;

– İsrail – 31,5 milyon dollar;

– Belarus – 21,7 milyon dollar;

– Ermənistan – 15,9 milyon dollar;

– İran – 15,2 milyon dollar;

– Səudiyyə Ərəbistanı – 11,7 milyon dollar;

– Azərbaycan – 10,3 milyon dollar.

Teqlər: