Gürcüstanda dövlət çevrilişi hazırlanır: 3 gündən sonra…

Gürcüstanda dövlət çevrilişi hazırlanır: 3 gündən sonra…

Oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra ölkədə dövlət çevrilişi hazırlayan qrup var.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, çevriliş hələ 2020-ci ildə keçirilən parlament seçkilərindən sonra planlaşdırılıb:

“Bu dəfə müşahidəçi qeyri-hökumət təşkilatlarının köməyi ilə Gürcüstanda iğtişaşlar üçün qondarma bəhanə yaratmaq məqsədilə saxta seçki hesabatlarına hazırlaşırlar. Hakimiyyətin antidemokratik yolla ələ keçirilməsinə hazırlıq gedir və yerli monitorinq təşkilatları bu işə cəlb olunub”.

Teqlər: