Gürcüstanda daha iki zəlzələ baş verdi

Gürcüstanda daha iki zəlzələ baş verdi

Gürcüstanın qərbində 4.4 və 3.6 bal gücündə iki zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:21-də Ozureqi şəhərindən 5 km aralıda Qomi kəndi ərazisində qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, Gürcüstanın Kobuleti bölgəsində dünən axşam saatlarında 4,5 bal gücündə zəlzələ baş vermişdi.

Teqlər: