Gürcüstanda daha 4314 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada daha 4314 nəfər koronavirusa yoluxub, 35 nəfər dünyasını dəyışıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi “stopgov.ge” saytı məlumat yayıb.

Bildirilib ki, ötən sutka ərzində daha 4519 nəfər sağalaraq evə buraxılıb.


Bununla da Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 481 578 nəfər təşkil edib. Onlardan 421 532 nəfər sağalıb, 6406 nəfər dünyasını dəyişib.