Gürcüstanda ötən sutka ərzində koronavirusa 2 061 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 402 769 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 23 nəfər ölüb, 1 654 nəfər isə sağalıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 5 688 nəfər, sağalanların sayı isə 373 088 nəfər təşkil edir.