Gürcüstanda 871 014 nəfər koronavirus əleyhinə tam peyvənd kursundan keçib.
Trend “Novosti-Georgia”ya istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.
Məlumata əsasən, bu say ölkənin yetkin əhalisinin 30,5%-ni təşkil edir.
Peyvəndin ilkin dozası ilə 1.000.102 nəfər və ya yetkin əhalinin 35.2 faizi aşılanıb. Belə ki, 10 oktyabr tarixinə Gürcüstanda ümumilikdə 1 871 116 nəfər peyvənd olunub.
Xatırladaq ki, Gürcüstanda koronavirusa qarşı peyvəndlənmə prosesi 15 martda başlayib.