Gürcüstanda buğda ehtiyatı faktiki olaraq bitib, dəyirmanlar
yaxın günlərdə işini dayandıracaq.
AzerTimes-ın məlumatına görə, bunu Gürcüstan Taxıl və Un
İstehsalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava deyib.
O bildirib ki, son bir neçə ay ərzində ölkəyə böyük həcmdə un
idxal olunur.
“Biz artıq o vəziyyətə çatmışıq ki, əvvəl bizdə olan buğda
ehtiyatları bitib və dəyirmanlar işini dayandıracaq”, – L.Silaqava
deyib.
Onun sözlərinə görə, Gürcüstana un idxalına vergi tətbiq
olunmasa da, buğda idxalına 1 ton üçün 120 dollar vergi
ödənilir.
Stastistikaya əsasən, Gürcüstanda ildə 650 min ton buğda
istehlak olunur. Ölkə özü özünü yalnız 15 faiz təmin edə bilir.
Gürcüstan əsasən taxılı idxal edir ki, bunun da 90 faizi Rusiyanın
payına düşür.