Gürcüstan Daxili İşlər Nazirliyi parlamentin, Xarici İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin və hökumət binalarının yerləşdiyi əraziyə xüsusi təyinatlıları səfərbər edib.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın TV Pirveli telekanalı məlumat yayıb.
Məlumata görə, parlament qarşısında vəziyyət sakitdir. Həmişə olduğu kimi orada da bir neçə polis dəstəsi növbə çəkir.