Gürcüstanda bələdiyyə seçkilərinin yekun nəticələri açıqlanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Gürcüstanda keçirilmiş bələdiyyə seçkilərinin yekun nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, səslərin 100 faizinin sayılmasından sonra hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” patiyası 46,69 faiz səs toplayıb.

Müxalif “Vahid milli hərkat” partiyası 30,7 faiz səs yığıb. Üçüncü yerdə qərarlaşan “Gürcüstan naminə” partiyasına seçicilərin 7,8 faizi səs verib.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 2-də baş tutub.

Bir sıra iri şəhərdə seçkilərin ikinci turu keçiriləcək.