Gürcüstanda amnistiya: məhkumların 1/3-ü azad ediləcək

Gürcüstanda amnistiya: məhkumların 1/3-ü azad ediləcək

Gürcüstan parlamenti “Amnistiya haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

AzerTimes xəbər verir ki, parlamentin 82 deputatı qanun layihəsinin lehinə səs verib.

Qanun layihəsinə əsasən, Gürcüstanda bütün məhkumların təxminən üçdə birinin cəza çəkməkdən tamamilə azad ediləcəyi və ya cəza müddətinin azaldılacağı gözlənilir.

Amnistiya 2024-cü il iyulun 1-dək törədilmiş cinayət əməllərinə görə məhkum olunmuş şəxslərə şamil edilsə də, qətl törədənlərə, narkotik vasitələri istehsal edən və satışı ilə məşğul olan şəxslərə, qanuni oğrulara, digər ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərə şamil olunmayacaq.

Teqlər: