Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi bildirib.
Məlumata əsasən, yeraltı təkanlar Sameqrelo-Zemo Svaneti diyarının Qamoqma Kariata kəndi yaxınlığında qeydə alınıb.
Bildirilib ki, zəlzələnin episentri Xobi şəhərindən 2 kilometr qərbdə, ocağı isə 18 kilometr dərinlikdə yerləşib.
Ölənlər və dağıntılar haqqında məlumat verilməyib.