Gürcüstanda 4,5 bal gücündə zəlzələ olub.
Zəlzələ Tbilisi vaxtı ilə 09:54-də Şida Kartli bölgəsində baş verib. Yeraltı təkanlar Kareli şəhərinin 21 kilometrliyində Levitan kəndi yaxınlığında qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.