Hökumətin buna sevinib-sevinməyəcəyini bilmirəm, ancaq hesab edirəm ki, Gürcüstan Ukraynanın sayəsində və geosiyası mühitdən qaynaqlı olaraq namizəd ölkə statusu alacaq.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bildirib.
Onun sözlərinə görə, Gürcüstana namizəd ölkə statusu şərtlər və öhdəliklər əsasında veriləcək:
“Məhkəmə sistemi, prokurorluq, polis, seçki sistemi, deoliqarxizasiya, media azadlığı, insan hüquqlarının praktiki təminatları və bir sıra digər institusional dəyişikliklər tələb ediləcək. Ukrayna və Moldova üçün də qeyd-şərtlər olacaq, lakin bizimkindən daha az”.