“Xarici agentlər haqqında” qanun Gürcüstanı yanlış istiqamətə aparır, bu səbəbdən də NATO müttəfiqləri və digər ölkələr öz narahatlığını bildiriblər.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.
Gürcüstanla əməkdaşlığın vacib olduğunu deyən Stoltenberq Gürcüstan xalqının demokratik cəmiyyətdə yaşamaq istəyini təmin etməli olduqlarını vurğulayıb.