Gürcüstanın xarici işlər naziri David Zalkaliani koronavirusa yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə nazir öz “Facebook” səhifəsində yazıb.
D.Zalkaliani bildirib ki, o evdə müalicəsini davam etdirir:
“Bu il yanvarın 23-də yoluxmuş şəxslə təmasdan sonra özümü təcrid etdim. Müəyyən olunmuş vaxtdan sonra PCR testi verdim. Nəticədə COVID-19 infeksiyası məndə də təsdiqləndi. Hazırkı mərhələdə özümü yaxşı hiss edirəm. Bütün protokollara əməl edərək evdə müalicə olunuram”.