Gürcüstan vətəndaşları neçə ölkəyə vizasız gedə bilər?

Gürcüstan vətəndaşları neçə ölkəyə vizasız gedə bilər?

Gürcüstan vətəndaşları üçün biometrik pasportlarla dünyanın bir çox ölkəsinə vizasız gediş-gəliş imkanları mövcuddur.

AzerTimes xəbər verir ki, hazırda Gürcüstan vətəndaşları ümumilikdə 126 ölkəyə vizasız və ya sərhəddə viza alaraq daxil olmaq hüququna sahibdirlər.

Gürcüstan vətəndaşlarından Avropa İttifaqı ölkələri də daxil olmaqla dünyanın 73 ölkəsinə getməzdən əvvəl heç bir viza tələb olunmur. Gürcüstan vətəndaşları Şengen zonası ölkələrində 180 gün ərzində 90 gün vizasız qala bilərlər. Azərbaycan və Türkiyəyə səfər edəcəyiniz təqdirdə bu müddət 90 gün, Ermənistana səfər edəcəyiniz təqdirdə isə 180 gün təşkil edir.

Gürcüstan vətəndaşları İranda vizasız 45 gün, İsraildə 6 ay müddətində 90 gün, Qazaxıstan və Qığrızıstanda 90 gün, Tacikistan və Qırığızıstanda isə qeyri müəyyən müddətdə qala bilərlər.

Gürcüstan vətəndaşlarının vizasız səyahət edə bildiyi və neçə gün qala biləcəyi digər ölkərin geniş siyahısı bu linkdədir.

Teqlər: