Gürcüstan vətəndaşı Bakıda kafedə bıçaqlanıb.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, hadisə mayın 24-də saat 02 radələrində Sabunçu qəsəbəsində yerləşən “Zəfəran” kafesində baş verib. Gürcüstan vətəndaşı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya yanı küçəsi, ev 11 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Aftandil Samir oğlu Hüseynov naməlum şəxs tərəfindən qarın nayihəsindən bıçaqlanıb.
O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.