Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Vaşinqtonda keçirilən NATO-nun 75-ci yubiley sammiti çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.
AzerTimes xəbər verir ki, tərəflər Gürcüstanın Avroatlantik məkana inteqrasiyası məsələsini müzakirə ediblər.
Söhbət zamanı regionda cərəyan edən proseslər və təhlükəsizlik mühiti məsələsinə toxunulub.
Tərəflər ümumi məqsədlərə nail olmaq üçün fəal əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.