Gürcüstan vasitəsilə Rusiyaya silah daşınıb?

Gürcüstan vasitəsilə Rusiyaya silah daşınıb?

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili “Vaxtdır” hərəkatının lideri Elene Xoştariyanın İran aviaşirkətinin təyyarəsi ilə Gürcüstan üzərindən Rusiyaya hərbi texnikanın daşınması ilə bağlı iddialarına cavab verib.

AzerTimes xəbər verir ki, nazir səsləndirilən iddiaları dezinformasiya adlandırıb.

Onun sözlərinə görə, qeyd edilən aviaşirkət sanksiyaya məruz qalmayıb və Gürcüstanın hava məkanından bütün qaydalara uyğun olaraq istifadə edib.

“Bu, dezinformasiya yaymaq üçün növbəti cəhddir. Təəssüflər olsun ki, biz tez-tez yoxlanılmamış, ölkənin maraqlarına xələl gətirməyə yönəlmiş məlumatlar eşidirik. Təbii ki, Gürcüstan beynəlxalq qaydalara tam əməl edir. Gürcüstanın hava məkanından istifadə edən şirkət həmçinin mütəmadi olaraq Avropa ölkələri istiqamətində də uçuşlar həyata keçirir. Sözügedən kompaniya sanksiyaya məruz qalan şirkətlər siyahısında deyil. Buna müvafiq olaraq bizim aviasiya agentliklərimiz və naviqasiya sistemimiz bütün qaydalara uyğun olaraq uçuşa icazə verib”,- Levan Davitaşvili bildirib.

Qeyd edək ki, Gürcüstanın “Vaxtdır” hərəkatının lideri Elene Xoştariyanın sözlərinə görə, sentyabrın 4-də İran aerodromlarının birindən havaya qalxan təyyarə Gürcüstanın hava məkanını keçərək Moskvaya uçub. Xoştariya bildirib ki, sözügedən təyyarənin aid olduğu “İran Air” ABŞ-ın sanksiyasına məruz qalan aviaşirkətlər siyahısındadır.

Teqlər: