Gürcüstan hakimiyyəti Ukraynaya hərbi yardım edə bilmir və etməyəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının rəhbəri Mamuka Mdinaradze deyib.
“Gürcüstan Ukraynaya tam və mütləq siyasi dəstək verir. O, həmçinin öz imkanlarından kənar humanitar yardım göstərir və biz hərbi yardım göstərə bilmərik və etməyəcəyik”, – deyə o bildirib.
Deputat ölkəsinin hərbi dəstəkdən imtina etməsinə səbəb kimi Abxaziya və Cənubi Osetiya kimi problemlərinin olması ilə izah edib.