Bir çox insanlar ölkədə “ukraynalaşma”, “əfqanlaşma”, Suriya ssenarisinin təkrarlanmasını istəyir, lakin hakimiyyət buna imkan verməyəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.
“Bunu istənlərə lazımi cavablar veriləcək”, – deyə hökumət başçısı bildirib.
Qeyd edək ki, Gürcüstan müxalifətinin təmsilçilərindən, deputat Qubaz Sanikidze ölkədə Rusiyaya qarşı ikinci cəbhənin açılması çağırışı etmişdi.