Gürcüstan Avropa Şurası tərəfindən onun Avropa perspektivini tanıdıqdan sonra Avropa Birliyinə namizəd üzv statusu almaq üçün növbəti aylarda işləməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Tvitter hesabında yazıb.
“Tarixi gün. Gürcüstanın Avropa perspektivi tanınıb. İndi biz namizəd statusunu əldə etmək üçün növbəti aylarda əzmlə işləməyə hazırıq”, – Zurabişvili qeyd edib.