Gürcüstan sərhədində 4 mindən çox yük maşını gözləyir

Gürcüstan sərhədində 4 mindən çox yük maşını gözləyir

4 mindən çox yük maşını Rusiya-Gürcüstan sərhədindəki Verxni Lars keçid məntəqəsində növbə gözləyir.

AzerTimes xəbər verir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətini İdarəetmə Mərkəzi bildirib.

“Sputnik Gürcüstan”ın məlumatına görə, hazırda Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti sərbəstdir.

Bildirilib ki, Rusiya tərəfdən Gürcüstana daxil olmaq üçün ümumilikdə 4132 yük maşını gözləyir.

Teqlər: