Gürcüstan sabah müəyyən şərtlərlə AB-yə namizəd statusu alacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun köşə yazarı Rikard Yozviak məlumat yayıb.
“27 Avropa komissarı AB-nin böyüməsini müzakirə etmək üçün bir araya gəlib. Noyabrın 7-də danışıqlar davam etdiriləcək, lakin əsas ilkin şərtlər bəllidir: Ukrayna və Moldova AB-yə daxil olmaq üzrə danışıqların başlanmasını gözləyirlər (çox güman ki, 2024-cü ilin martında). Gürcüstan isə növbəti mərhələyə keçmək üçün şərtlərlə namizəd statusu alacaq”, – məlumatda deyilib.