Gürcüstan-Rusiya sərhədindən yeni xəbər

Gürcüstan-Rusiya sərhədindən yeni xəbər

Gürcüstan-Rusiya sərhədində yerləşən “Kazbek” gömrük məntəqəsi fəaliyyətini bərpa edib.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Vurğulanıb ki, beynəlxalq avtomobil yükdaşımalarının 24 saat ərzində maneəsiz hərəkətinin təmin olunması üçün fəal iş aparılır.

Qeyd edək ki, iyunun 27-də Gürcüstan-Rusiya sərhədi müvəqqəti fəaliyyətini dayandırmışdı.

Teqlər: