Gürcüstanın “Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanunla bağlı ölkə parlamentində prezidentin göstərişi səsverməyə çıxarılıb.
AzerTimes xəbər verir ki, parlament ölkə prezidentinin dinləmələrlə bağlı qanun layihəsinə tətbiq etdiyi vetonu ləğv edib.
Səsvermə zamanı 27 deputat sözügedən qanun layihəsinin əleyhinə, 79-u isə leyhinə səs verib. Bununla da, parlament tərəfindən qəbul edilən qanun layihəsi gizli istintaq tədbirlərinin aparılması zamanı şübhəli şəxslərin dinlənilməsini və prosesin vaxtının uzadılmasını mümkün edib.
Qeyd edək ki, Prezident Salome Zurabişvili istintaq zamanı vətəndaşların gizli dinlənilməsi ilə bağlı qanunun qəbuluna veto qoymuşdur. Zurabişvilinin qiymətləndirməsinə görə, gizli dinləmələrlə bağlı qanunvericiliyə edilən dəyişikliklər ölkədə insan hüquqlarının müdafiəsi standartını daha da pisləşdirir. Prezident bildirib ki, sözügedən qanunun qəbulu prosesində ictimaiyyətin geniş şəkildə iştirakı təmin edilməyib.