Gürcüstan Prezidenti Salome Zurabişvili bəyanatla çıxış edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan prezident administrasiyası məlumat yayıb.
Zurabişvilinin Atoneli iqamətgahında keçirdiyi brifinq yerli vaxtla saat 21:00-a planlaşdırılıb.
Qeyd edək ki, hazırda Zurabişvili ölkədə baş verən proseslərlə bağlı məsləhətləşmələr aparmaq məqsədilə siyasi partiyaların liderləri ilə görüşür.