Gürcüstan Prezidenti Salome Zurabişvili koronavirusa yoluxmuş şəxslə ünsiyyətdə olması səbəbindən özünütəcrid rejiminə keçib.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, koronavirus testindən sonra prezident işinə qayıdacaq.
Qeyd edək ki, Gürcüstan prezidenti S.Zurabişvili bir neçə gün öncə İtaliyada səfərdə idi.