Bu gün çoxları məndən soruşur ki, prezident Mixeil Saakaşvilini əfv edəcəkmi, cavab birdir, sadə və qəti – yox və heç vaxt.
AzerTimes-ın məlumatına görə, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili deyib.
S.Zurabişvili hüquq-mühafizə orqanlarının əməkdaşlarına peşəkarlıqlarına və günün sakit başa çatmasına görə təşəkkürünü bildirib:
“Ölkə prezidenti üçün, əlbəttə ki, keçmiş prezidentin kameralar qarşısında həbs edilməsi xoşagəlməz haldır, amma qanun və qanunun aliliyi tələb edir və hər kəs qanun qarşısında birdir.
Bu gün çoxları məndən soruşur ki, prezident Mixeil Saakaşvilini əfv edəcəkmi, cavab birdir, sadə və qəti – yox və heç vaxt”.