Gürcüstan Prezidenti Salome Zurabişvili martın 18-i koronavirusa qarşı peyvənd olunacaq.
AzerTimes-ın məlumatına görə, bu barədə Gürcüstan Prezidenti Administrasiyasının “Facebook” səhifəsində bildirilib.
Məlumatda deilir: “Prezident məsul vəzifələrdə olan bütün yüksək vəzifəli şəxsləri peyvənd olunmağa çağırır”.
Qeyd edilir ki, S.Zurabişviliyə “AstraZeneca” şirkətinin istehsal etdiyi peyvənd vurulacaq.