Gürcüstan hakimiyyəti pravoslavlığı dövlət dini elan etmək niyyətindədir və bu məsələni din xadimləri ilə müzakirə edir.
AzerTimes xəbər verir ki, bunu Gürcüstan Patriarxlığının rəsmisi Andria Caqmaidze deyib.
“Hakimiyyətdən də belə bir təklif var idi. Bu zaman biz məzmuna diqqət yetirməliyik. Son zamanlar biz gördük ki, hakimiyyət milli dəyərləri və adət-ənənələri qorumaq xəttini davam etdirir. Onlar həm də sülhpərvər siyasət yürüdürlər və kilsə üçün çox şey edirlər. Ona görə də biz bu təklifi hakimiyyətin kilsənin rolunu və statusunu daha da gücləndirmək istədiyi kontekstdə nəzərdən keçirməliyik”, – bildirib.