Gürcüstan parlamentində yenə dava – Video

Gürcüstan parlamentində yenə dava – Video

“Xarici təsirin şəffaflığı haqqında” mübahisəli qanunun qəbulu ilə bağlı deputatların siyasi bəyanatlarla çıxış etdiyi Gürcüstan parlamentinin plenar iclası deputatlar arasında dava-dalaşa səbəb olub.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Atışmaya ilk başlayan hakim partiyanın deputatı Dito Samxaradze olub və o, Milli Hərəkat Partiyasından olan deputat Levan Xabeişvilinin çıxışı zamanı ilk olaraq öz iradlarını səsləndirib, sonra isə təhqirlərə keçib. Müxalifət deputatları ona cavab verməyə başlayıblar və iclas qarşılıqlı şifahi təhqirlərlə yarımçıq kəsilib.

Daha sonra Samxaradze dəhliz boyu konfrans zalını gəzib və otağın digər girişindən müxalifətçilərin sıralarına butulka atıb və bunun ardınca əlbəyaxa dava olub. Davada hər iki tərəfdən həm kişi, həm də qadın deputatlar iştirak ediblər.

Qeyd edək ki, deputatlar bu gün “Xarici təsirin şəffaflığı haqqında” layihəyə üçüncü oxunuşda baxacaqlar.

Teqlər: