Gürcüstan parlamenti yeni baş nazir və hökuməti təsdiqlədi

Gürcüstan Parlamenti İrakli Qaribaşvilinin rəhbərlik edəcəyi yeni nazirlər kabinetini təsdiqləyib.

AzerTimes-ın məlumatına görə, 89 deputat yeni Nazirlər Kabinetinə etimad göstərib, 2 deputat bunun əleyhinə səs verib.

Yeni hökumətdə iki yeni nazir – regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladze təmsil olunub.

Xatırladaq ki, İ.Qaribaşvili daha əvvəl 2013-cü ilin noyabrından başlayaraq baş nazir vəzifəsini icra edib və 2015-ci ilin dekabrında istefa verib. 39 yaşlı İ.Qaribaşvili 2019-cu ilin sentyabrından bu vaxta qədər müdafiə naziri olub.

Teqlər: