Gürcüstan parlamenti Ukraynadakı insanlara göndərilməsi nəzərdə
tutulan humanitar yardımı Qırmızı Xaç Komitəsinin yerli bölməsinə
təhvil verib.
Trend gürcü KİV-lərə istinadən xəbər verir ki, Səhiyyə və Sosial
Məsələlər Komitəsinin sədri Dimitri Xundadze bildirib ki,
tərkibində dərmanlar və digər əşyalar olan yardım deputatlar və
parlament əməkdaşlarının ianələri hesabına əldə edilib.
O həmçinin bildirib ki, parlament mütamadi olaraq Ukraynaya
humanitar yardım göndərməklə ölkəni dəstəkləməyə davam edəcək.